Poroşenko Krımdan əlini üzsün

Poroşenko Krımdan əlini üzsün

Krım prezidenti Sergey Aksenov Ukraynanın dövlət başçısı Pyotr Paroşenkoya Krımla bağlı xəyal qurmamağı məsləhət görüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Aksenov bildirib ki, Poroşenko Krımın yenidən Ukraynaya birləşəcəyinə ümid etməməlidir, Krım artıq Rusiyadadır.

Bundan bir müddət əvvəl 2016-cı ildə Ukraynanın Avropa İttifaqı ilə vizasız rejimə keçəcəyini bildirən Poroşenko bunun Krımın yenidən Ukraynaya birləşməsində böyük rol oynayacağını deyib.

Məsələ ilə bağlı açıqlama verən Aksenov bunun sadəcə Poreşenkonun xəyalı olduğunu deyib: "Krım heç vaxt Ukraynaya birləşməyəcək. Bu yarımada keçmişdəki ana yurduna geri qayıtdı və həmişə də Rusiyada qalacaq".

Krım prezidenti, Ukraynanın Avropa İttifaqı ilə vizasız rejimə keçməsinin Krımın geri alınması ilə heç bir əlaqəsinin olmadığını deyib və bu cür düşüncəni axmaqlıq adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə