ABŞ müsəlmanlara görə cavab verəcək

ABŞ müsəlmanlara görə cavab verəcək

Rəsmi London ABŞ-dan ölkəyə buraxılmayan müsəlmanlara görə açıqlama tələb etdi. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, İngiltərənin Baş Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

İngiltərənin ABŞ-a getmək istəyən müsəlman vətəndaşları hava limanında saxlanılıb və ABŞ-a gedən təyyarəyə minmələrinə icazə verilməyib. Bununla bağlı müsəlman vətəndaşlar İngiltərənin Baş Nazirliyinə şikayət ünvanlayıblar.

Baş Nazirliyin verdiyi məlumata görə, şikayətə baxılıb və ABŞ-dan məsələ ilə bağlı açıqlama verməsi tələb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə