Qırğızıstandan Türkiyəyə Zərbə

Qırğızıstandan Türkiyəyə Zərbə

Qırğızıstanın prezidenti Almazbek Atambayev Türkiyənin Rusiyadan üzr istəməli olduğunu deyib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, prezident Atambayev Türkiyənin Rusiyaya məxsus "Su-24" tipli hərbi təyyarəni vurmasını səhv bir addım kimi qiymətləndirib.

O, rəsmi Ankaranın Rusiyadan üzr istəməli olduğunu bildirib: "Türkiyə belə bir radikal addımı atmamalı idi. Bu faciəli bir qərar idi və həm Rusiya, həm də Türkiyə xalqına böyük problem yaratdı".

Bütün xəbərlər Facebook səhifəmizdə