İŞİD terrorçu qruplaşmasının yaraqlıları İraqın Ənbar əyalətinin inzibati mərkəzi olan Ramadi şəhərindəki xəstəxanada onlarla şəxsi girov götürüblər. TASS informasiya agentliyi xəbər verir ki, İraq təhlükəsizlik xidmətinin nümayəndəsi yaraqlıların girov götürdüyü şəxslərin əksəriyyətinin xəstəxanada çalışan tibb işçiləri olduğunu bildirib. Hadisənin təfərrüatları barədə hələlik heç bir informasiya verilmir.
Xatırladaq ki, dekabrın 22-də İraq ordusu Ramadi şəhərində nəzarəti ələ almaq üçün irimiqyaslı əməliyyata başlayıb. Ötən sutka ərzində hərbçilər şəhərin əvvəllər İŞİD qruplaşmasının tam nəzarətində olan mərkəzi hissələrinə doğru irəliləməyə nail olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB