Rusiya rublu dəyər itirdi

Rusiyalı mütəxəssislər rus rublunun yaxın gələcəkdə yenidən dəyər itirəcəyini proqnozlaşdırıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssislər neftin aşağı düşməsi və FED-in uçot dərəcələrini artırması ilə bağlı Rusiya rublunun da bir daha dəyər itirəcəyini proqnozlaşdırıblar.

Dünya bazarında Brent neftin bir bareli 36 dollara düşərək son 11 ilin ən aşağı səviyyəsinə düşüb. Bununla bağlı olaraq Rusiya rublunun da yaxında düşməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə