Pakistan mətbuatının yaydığı məlumata görə, ölkənin Xayber Paxtunxva əyalətindəki uşaq xəstəxanasında baş vermiş partlayış nəticəsində 19 nəfər yaralanıb. Onların 15-i uşaq, 4-ü xəstəxanada çalışan işçilərdir. Zərər çəkənlərin bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, partlayış qaz balonunda baş verib, lakin polis terror aktı və kriminal fəaliyyət versiyalarını da istisna etmir.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB