Çin yeraltı şəhər salacaq

Çinin Vuhan şəhərində yeraltı şəhər inşa ediləcək. SİA-nın "Şinhua" agentliyinə istinadən verdiyi məlumata görə, bu şəhər ölkənin ən böyük yeraltı şəhəri olacaq.

Mərkəzi ABŞ-da yerləşən "Skidmore, Owings and Merrill LLP" memarlıq, daxili dizayn və planlaşdırma şirkəti Hubey əyalətinin mərkəzi şəhəri Vuhanda ölkənin ən böyük yeraltı şəhərinin planını hazırlayacaq. Həmçinin şirkət daxili dizayn planının qurulmasında da iştirak edəcək.

Şəhərdə metro, eyni zamanda ictimai nəqliyyat da fəaliyyət göstərəcək.

Şəhərin 2018-ci ildə tamamlanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə