Türkiyə şəhid verdi Son Dəqiqə

Türkiyə şəhid verdi Son Dəqiqə

Türkiyənin Bitlis vilayətində baş vermiş terror aktı zamanı bir nəfər türk əsgəri şəhid olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terror aktı əldə düzəldilmiş partlayıcı vasitə ilə həyata keçirilib.

Hadisə yerində olan əsgərlərdən biri ağır şəkildə yaralanaraq xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan elə müalicə aldığı xəstəxanada da həyatını itirib.

Hadisə nəticəsində doqquz əsgər isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə