Əfqanıstanın Pərvan şəhərinin Baqram mahalına bombalı hücum təşkil edilib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, hücum ABŞ və Əfqanıstan əsgərlərinin donanmalarının yerləşdiyi əraziyə təşkil edilib. Hadisə nəticəsində beş nəfər ABŞ əsgəri ölüb, altı nəfər isə yaralanıb. Yaralılardan üçü amerikalı, qalanı isə əfqanıstanlı polis olub.
Hücum bomba ilə yüklənmiş motosiklet vasitəsilə kamikadze tərəfindən reallaşdırılıb.
Terror aktının öz üstlərinə götürən Taliban qruplaşmasının sözçüsü Zabiullah Mücahid hadisədə 19 əsgərin həlak olduğunu, çoxlu sayda əsgərin yaralandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB