"Əsəd maqnit kimi terrorçuları özünə çəkir"

O, Suriyada rəngli inqilabın planlaşdırılmadığını deyib
"Əsəd maqnit kimi terrorçuları özünə çəkir"

Suriyada mövcud rejimi dəyişdirməyə çalışmırıq. Məqsədimiz rəngli inqilab etmək deyil. Bu sözləri ABŞ Dövlət katibi Con Kerri deyib.

O, Suriyada rəngli inqilabın planlaşdırılmadığını deyib: "Biz ölkələrin daxili işlərində qarışmırıq. Məqsədimiz sülhü bərpa etməkdir. Bəşər Əsəd prezident olduğu müddətdə Suriyada sülh əldə etmək mümkün olmayacaq. Əsəd terrorçuları özünə çəkən maqnitdir. Rusiya və ABŞ Suriyanın parçalanmasının qarşısını almaq üçün çalışır. Bu ölkənin bötüvlüyünü istəyirik. İranla da bu məsələdə həmfikirik. Suriyanın gələcəyini suriyalılar təyin etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə