Rusiya hava ərazisini Danimarka, Norveç və Finlandiyanın turizm şirkətlərinin çarter uçuşlarına bağlayıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Skandinaviya ölkələrində fəaliyyət göstərən turizm şirkətlər qrupu "Thomas Cook Airlines" nəzdində çalışan "Ving"in spikeri Maqdalena Örn açıqlama verərək Rusiyanın hava ərazisini Skandinaviya ölkələrinə çarter uçuşları həyata keçirən şirkətə bağladığını bildirib.
Danimarka, Norveç və Finlandiyadan Asiyaya olan bütün çarter uçuşları dayandırılıb.
Maqdanela Örn Rusiyanın bu barədə şirkətlərə xəbərdarlıq göndərmədiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB