Rusiya Asiya bazarını ələ keçirir 23 faiz artım

Rusiya Asiya bazarını ələ keçirir 23 faiz artım

Dünyanın ən böyük xam neft istehsalçılarından olan Rusiyanın bu ilin 11 ayında Asiya ölkələrinə ixrac etdiyi neftin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 23 faiz artıb. "Euronews.com"a istinadla xəbər verir ki, Rusiya yeni neft kəmərlərinin köməyi ilə Asiya bazarına ixrac etdiyi xam nefti gündəlik 1 milyon 300 min barrelə çatdırıb. Bununla da Rusiyanın dünyanın ən böyük neft bazarında 5 il əvvəl 4 faiz səviyyəsində olan neft payı 7 faizə çatıb. Həmçinin, Rusiya İranın əvəzinə bu bazarın ən böyük beş tədarükçüsü sırasına daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə