Çində təmiz hava satılır

Kanadanın "Vitality Air" şirkəti çinlilərə təmiz hava doldurulmuş balonlar satmağa başlayıb. "The Telegraph" xəbər verir ki, Çin son vaxtlar havanın çirklənməsindən ciddi əziyyət çəkir: sağlamlıq üçün təhlükəli zərrəciklər normadan 20 dəfə çoxdur.

"Vitality Air" şirkəti çinlilərə problemin orijinal həllini - Britaniya Kolumbiyasından (Kanada) tutmuş Nyu-Meksikoya (ABŞ) qədər uzanan Qayalıq dağların təmiz havası doldurulmuş balonlar almağı təklif edir.

Balonun biri 7,7 litr hava tutur və mineral sudan 50 dəfə baha qiymətə - 15 dollara satılır. Kanadalılar inandırırlar ki, hər hava balonu bilavasitə Qayalıq dağlarda özü də mütləq əl ilə doldurulur.

"Vitality Air" məhsulları məşhurlaşır. Hava doldurulmuş balonların birinci partiyası (500 balon) cəmi 4 günə satılıb. Kanadalılar artıq dörd min balondan ibarət ikinci partiyanı da Çinə göndəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə