Türkiyənin Muğla şəhərinin Bodrum rayonundan Yunanıstanın Kos adasına gedən gəmi batıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, miqrantları daşıyan gəmidə azyaşlı uşaqlar da olub. Qəza nəticəsində 18 nəfər həlak olub, 14 nəfər isə xilas edilib.
Kirəmit adasından Kos adasına yola düşməyə hazırlaşan taxta gəmi dənizə girdikdən bir müddət sonra batıb. Gəminin içərisində İraq və Suriya əsilli miqrantlar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB