ABŞ neft ixracına olan qadağanı ləğv edib. Ağ Evin yaydığı məlumata görə, bununla bağlı müddəa ABŞ Prezidenti Barak Obamanın Konqres tərəfindən qəbul edilən 2016-cı il büdcəsində əks olunub. Büdcənin həcmi 1,1 trilyon dollardır. 40 il qüvvədə olan qadağa 1975-ci ildən qüvvədə olub. Qanun Yaxın Şərqdə baş verən münaqişə səbəbindən yaranan iqtisadi böhranla əlaqədar qəbul edilib. Ərəb dövlətləri 1973-cü ildə Qərb ölkələrinə neft ixracına embarqo qoyduqdan sonra ABŞ neft ixracını qanunla dayandırıb.
Amerika şirkətləri xaricə qaz satışını xüsusi lisenziya ilə həyata keçirəcək. Şirkətlərə bir gündə 500 min barel neft ixrac etməyə icazə verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB