Ukrayna hökuməti Rusiyaya olan üç milyard dollarlıq kredit borcunu ödəməyəcəyini açıqlayıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Ukraynanın Baş naziri Yatsenyuk bu məsələni məhkəməyə çıxartmağa hazır olduqlarını bildirib.
Ukraynanın Nazirlər Kabineti Rusiyaya olan üç milyard dollar kredit borcu ilə bağlı moratorium* elan edib və Rusiya banklarına olan 507 milyon dollarlıq borcun da bura daxil olduğunu bildirib.
* Moratorium – dövlətin öhdəlikləri yerinə yetirmək vaxtını təxirə salması və ya ondan imtina etməsi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB