Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında Türkiyə ilə Rusiya arasında olan iqtisadi əlaqələrə toxunub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Putin "Türk axını" və "Akquyu Nüvə Stansiyası" layihələri haqda danışıb.
Putin bildirib ki, "Türk axını" layihəsinin gerçəkləşməsi üçün Avropa Komissiyası Rusiyaya zəmanət verməlidir və yalnız bu halda layihə gerçəkləşdirilə bilər.
Putin vurğulayıb ki, layihənin gerçəkləşməsi Rusiyadan asılı deyil: "Türkiyəli əməkdaşlarımız Brüsseldən "Qazprom"a yazılı sənəd gətirdiyi halda layihəni irəlilətmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB