Suriya Türkiyə ilə 2009-cu ildən bəri sərbəst olan viza rejimini qadağan edib. SİA-nın Suriyanın "SANA" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Suriyanın Xarici İşlər Nazirliyi dünən açıqlama verərək, Türkiyə ilə sərbəst viza rejiminə son qoyulacağını bildirib.
Bundan sonra Türkiyədən Suriyaya gedən hər bir şəxsdən viza tələb ediləcəyi qeyd edilib. Bu qərarın Türkiyənin Suriyadan viza tələb edəcəyi ilə bağlı məsələ ortaya qoyulduqdan sonra alındığı vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB