Türkiyə 2016-cı il yanvar ayının 8-dən etibarən suriyalı miqrantlardan viza tələb edəcək. SİA-nın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Almaniyanın "Bild" qəzeti bu açıqlamanın Brüsseldə doqquz Avropa Birliyi liderinin iştirak etdiyi toplantıda səsləndirildiyini yazıb.
Qəzetin verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu çıxış edib. Qərarın Suriyadan gələn miqrant axınını azaltmaq üçün atıldığı bildirilib.
Türkiyənin Xarici İşlər Nazirliyindən isə məsələ ilə bağlı heç bir açıqlama gəlməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB