Rusiya Prezidenti Vladimir Putin hər ilin yekununa həsr olunan mətbuat konfransında iştirak edərkən jurnalistlər prezidentin diqqətini çəkmək üçün əllərində kürə, şal və kiçik bayraqlar tutublar. Bu zaman əlində Türkiyə bayrağı olan müxbir prezident Putinin diqqətini daha tez cəlb edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Putin əlində Türkiyə bayrağını tutan jurnalisti görən zaman "türk jurnalistə söz verək" deyib.
Beləliklə Türkiyəni təmsil edən "Anadolu Agentliyi" müxbiri Yelena Teslova Türkiyə bayrağı ilə Putinə sual verməyə müvəffəq olub.
Mətbuat konfransına 390 jurnalist akkreditə olub. Mətbuat konfransı Putinin mətbuat köməkçisi Dmitri Peskov tərəfindən idarə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB