"Rusiyanın türkdilli xalqları Rusiyanın hissəsidir, onlar əvvəl olduğu kimi yenə bizim tərəfdaş və dostlarımız olaraq qalır". SİA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında Rusiya hökumətinin TÜRKSOY çərçivəsində əməkdaşlığın dayandırılması qərarını şərh edərkən deyib.
Eyni zamanda, Rusiya prezidenti Türkiyə rəhbərliyi ilə əlaqələrin yaxşılaşdırılmasına heç bir perspektiv görmədiyini bildirib: "Hazırkı Türkiyə rəhbərliyi ilə anlaşmamız çox çətin, praktiki olaraq qeyri-mümkündür. Odur ki, Türk rəhbərliyi ilə əlaqələrin yaxşılaşdırılması perspektivini görmürəm. Humanitar səviyyədə isə bu mümkündür".
V.Putin bildirib ki, Rusiya iqtisadiyyat, eləcə də turizm sahəsində müəyyən məhdudlaşdırıcı tədbirlər görməyə və milli təhlükəsizliyini təmin etmək üçün addımlar atmağa məcburdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB