Yaponiyada təyyarə qəzası

Tokionun Narita beynəlxalq aeroportunda uçuş xəttinə eyni anda çıxan iki təyyarə toqquşub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin ən iri aviadaşıyıcı şirkətlərindən biri olan "All Nippon Airways"a məxsus Boniq 767 təyyarəsi "Jet Star" aviaşirkətinin A320 tipli sərnişin təyyarəsi ilə qəza törədib. Maraqlıdır ki, insident dekabrın 11-də baş versə də bu barədə xəbər indi verilir. Xoşbəxtlikdən qəza zamanı xəasət alanlar olmayıb. Belə ki, toqquşma anında A320-də sərnişinlərin olmadığı deyilir. Lakin buna baxmayaraq, "Jet Srat" aviaşirkətinə məxsus təyyarəyə ciddi ziyan dəyib. Hadisnin səbəbi kimi isə Boinq 767-ni idarə edən pilotun diqqətsizliyi göstərilir. İnsidentdən sonra olan "All Nippon Airways" dekabrın 11-dən 17-nə qədər 9 yükdaşıma resyini təxirə salmalı olub ki, bu da şirkətə ciddi maliyyə zərəri verib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə