Ötən gün Kaliforniya ştatının Los-Anceles şəhərində fəaliyyət göstərən 1000-dən yuxarı təhsil müəssisələri terror xəbərdarlığı səbəbindən bağlanıb. Lakin sonradan bəlli olub ki, edilmiş terror xəbərdarlığı yalandır. SİA "itar-tass"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ konqresinin demokratlar partiyasından olan nümayəndələr palatasının təmsilçiləri Adam Şiff və Bred Şerman deyib.
Qeyd edək ki, həyəcan siqnalı elektron məktubun şəhərin təhsil administrasiyasına daxil olduqdan sonra verilib. Belə ki, təhsil müəssisələrinin sayına görə, Los-Anceles ABŞ-da ikinci yerdədir. Orada 1,1 min məktəb fəaliyyət göstərir və həmin təhsil müəssisələrində 650 min şagird, 30 min isə müəllim heyəti mövcuddur.
Konqresmen Şerman deyib ki, məktubu göndərən şəxs İslam dini ardıcıllarından olduğunu bildirib. Xəbərdarlıq edən deyib ki, o 32 nəfər cihadçı yoldaşları ilə birgə bir sıra təhsil obyektlərinə hücum edəcəklər. Cihadçılar tam şəkildə silahlarla təmin olunduqlarını bildirməklə yanaşı, əllərində olan avtomatik tüfənglərlə, zəhərli qaz və böyük miqdarda partlayıcı maddələrlə terror törədəcəklərini deyiblər.
İlk öncə ehtima edilib ki məktub almaniyadan göndərilib. Lakin sonradan aparılan araşdırmalar göstərib ki, hələ ki, məlum olmayan şəxs qəsdən belə bir görüntü yaradıb və əslində məktub ABŞ-a yaxın olan ölkələrin birindən göndərilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB