Koreya Xalq Demokratik Respublikasının (KXDR) ali məhkəməsi kanadalı pastor Lim Xön Suya ömürlük həbs qərarı çıxarıb. SİA-nın məlumatına görə, bu barədə "sinxua" agentliyi xəbər verir. Məlumatda deyilir ki, keşiş təxribatçılıq etdiyinə görə ömürlük həbs cəzasına məhkum olunub.
Bu ilin martında qeyd olunurdu ki, pastor KXDR-na humanitar missiya əsasında gedib. Lim Xön Su Torontoda presveterian kilsəsinə rəhbərlik edib və Koreyada olduğu müddətdə Racin şəhərinə gedərək, xeyriyyəçiliklə məşğul olub. Şimali Koreya məhkəməsi isə onun xeyriyyəçilik və humanitar missiyası adı ilə təxribatçılıq əməlləri ilə məşğul olduğunu iddia edərək, ona ağır cəzası kəsib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB