Con Kerri ilə Lavrov görüşür

Moskvada səfərdə olan ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Suriya və Ukraynadakı vəziyyəti, ikitərəfli münasibətləri müzakirə edir.

Məlumata görə, bu, 2015-ci ildə ABŞ dövlət katibi ilə Rusiya xarici işlər naziri arasında keçirilən 20-ci görüşdür.

Danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putin Con Kerrini qəbul edəcək.

(TASS)

Bütün xəbərlər Facebook səhifəmizdə