Nobel laureatı Əziz Səncər Vətəni Türkiyədə

Nobel laureatı Əziz Səncər Vətəni Türkiyədə

Xəbər verdiyimiz kimi, dekabrın 10-da İsveçin paytaxtı Stokholm şəhərində kimya üzrə Nobel mükafatı üç alimə - britaniyalı Tomas Lindal, Pol Modriç və əslən türkiyəli olan amerikalı alim Əziz Səncərə verilib. Əziz Səncərin bu mükafata layiq görülməsi qardaş Türkiyədə sevinclə qarşılanıb. Kimyaçı alim dekabrın 14-də doğma Vətəni Türkiyəyə gəlib.

Rəsmi məlumata görə, Əziz Səncər Türkiyənin rəhbər şəxsləri tərəfindən qəbul olunacaq. Onun Türkiyəyə gəlişi ölkə KİV-lərində, o cümlədən sosial mediada əsas müzakirə mövzusuna çevrilib. Bəzi məlumatlara görə, Əziz Səncər Nobel mükafatını Mustafa Kamal Atatürkün məqbərəsinə - Anıtqəbirə hədiyyə edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə