Ölənlərin sayı 25-ə çatdı Pakistanda

Ölənlərin sayı 25-ə çatdı Pakistanda

Pakistanın Paraçinar şəhərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb. SİA-nın xəbərinə görə, terror aktına görə məsuliyyəti "Laşkar e Canqvi əl Aləmi" və "Ansarul Mucahiddin" adlı radikal sünni qruplaşmalar öz üzərinə götürüb.

Bazarda baş vermiş partlayış nəticəsində yaralananların sayı 62 nəfərə çatıb. Terror aktını törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Partlayıcı qurğuda 35-40 kiloqram partlayıcı maddənin olduğu bildirilir.

(ria-novosti)

Bütün xəbərlər Facebook səhifəmizdə