Rusiyaya məxsus təyyarə dekabrın 14-dən 18-nə qədər Beynəlxalq hava məkanı üzrə danışıqlar çərçivəsində Türkiyə əraziləri üzərində uçuşlar həyata keçirəcək. SİA xəbər verir ki, bu barədə Rusiyanın nüvə təhlükəsinin azaldılması üzrə milli mərkəzin rəhbəri Sergey Rıjkov məlumat verib. "Rusiya müfəttişləri An-30 B təyyarəsində Türkiyə Respublikasına məxsus hava məkanında uçuşlar keçirəcək. Təyyarə Ərzurum aerodromundan havaya qalxaraq, 1500 km məsafəni qət edəcək"-deyə, "itar-tass" Rıjkovun sözlərini qeyd edib.
Onun sözlərinə görə təyyarə havada olarkən, türkiyəli mütəxəssislər də heyət tərkibində olacaq və danışıqlar çərçivəsində təyyarədə işlədilən cihazların necə işlədilməsini müşahidə edəcəklər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB