Rusiya və Türkiyə gəmilərinin toqquşma təhlükəsi

Rusiya və Türkiyə gəmilərinin toqquşma təhlükəsi

Rusiyaya məxsus "Smetliviy" hərbi patrul gəmisi Egey dənizindəki bir türkə məxsus balıqçı gəmisi toqquşma təhlükəsi yaşayıb. SİA-nın məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Rusiyaya məxsus hərbi patrul gəmisi türkiyəli balıqçının gəmisi ilə Egey dənizinin şimalındakı Limni adasının 22 kilometr uzaqlığında üz-üzə gəlib.

İki gəmi arasındakı məsafə 1 kilometr olduğu zaman türk gəmisi radio kanalları və fişənglərlə xəbərdar edilib. Aradakı məsafə 600 metrə çatdığı zaman isə Rusiya gəmisi silah vasitəsilə xəbərdarlıq atəşi açıb. Bundan sonra türk balıqçıya məxsus gəmi rotanı dəyişib. Rusiya hərbi gəmisi isə səfərinə davam edib.

Hadisə ilə əlaqədar olaraq Rusiyanın Müdafiə nazirinin müavini Antoliy Antonov Türkiyənin Moskvadakı hərbi attaşesini* məlumat vermək üçün nazirliyə çağırıb.

* Bir ölkənin başqa ölkədəki diplomatik nümayəndəliyində müəyyən sahə üzrə mütəxəssis kimi çalışan diplomatik nümayəndə.

Bütün xəbərlər Facebook səhifəmizdə