Ermənistan Respublikası parlament idarə üsuluna keçdi. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanın Mərkəzi Seçki Komissiyasının başçısı Mikran Mukuçyan, səsvermədə 825 min 850 seçicinin (63,36 faiz) "bəli", 421 min 600 seçicinin isə "xeyr" (32,35 faizi) səsini verdiyini açıqlayıb.
Səsverməyə 1 milyon 303 min 476 vətəndaş qatılıb. Bu ümumi seçici sayının 50.51 faizini təşkil edir.
Bu son referendum seçkilərinə görə, Ermənistan prezident idarə üsulundan parlament idarə üsuluna keçid edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB