Voronej vilayətindəki psixonevroloji dispanserdə baş vermiş yanğında ölənlərin sayı 23 nəfərə çatıb. Hazırda 20 yaralı xəstəxanada müalicə olunur, onlardan 3-nün vəziyyəti ağırdır. Voronej vilayətinin Novoxoperskaya rayonunun Alfyorovka kəndində yerləşən psixonevroloji dispanserdə yanğın dekabrın 12-də axşam saat 23:00 radələrində başlayıb. Təxminən gecə saat 3-də 600 kvadratmetr sahəni əhatə edən yanğın söndürülüb.
TASS agentliyinin xəbərinə görə, yanğın palataların birində başlayıb. Ehtimal edilir ki, yanğına səbəb odla ehtiyatsız davranma olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB