Danışıqlarda hər hansı razılaşma və birgə bəyanat olmayıb
“Qardaşlar” razılaşmadı

Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında Keson sənaye zonasında keçirilən ikigünlük danışıqlar nəticəsiz başa çatıb. "Reuters" agentliyi xəbər verir ki, danışıqlarda hər hansı razılaşma və birgə bəyanat olmayıb, həmçinin növbəti görüşlər üçün tarix təyin edilməyib.

Cənubi Koreya tərəfi humanitar əməkdaşlığın genişləndirilməsi üçün bölünmüş ailələrin görüşlərinin müntəzəm keçirilməsini təkid edir. Şimali Koreya isə ikitərəfli iqtisadi əməkdaşlığın əhəmiyyətli amili kimi Cənubi Koreya turistlərinin Kımqansan dağına ziyarətlərinin bərpa olunmasını tələb edir.

Qeyd edək ki, sözügedən Keson sənaye zonası iki ölkə arasındakı sərhədin şimalında yerləşir. Burada Cənubi Koreyaya məxsus iş yerlərində şimali koreyalı işçilər çalışır. Onların işi isə bu ilin aprelində, iki ölkə arasında gərginliyin artdığı bir vaxtda dayandırılıb. Əvvəlcə Pxenyan öz işçilərini geri çağırmış, daha sonra isə Seul işi dayandıraraq Keson sənaye zonasını bağlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə