Voronej yaxınlığındakı internatda güclü yanğın 21 ölü

Voronej yaxınlığındakı internatda güclü yanğın 21 ölü

Dekabrın 13-nə keçən gecə Voronej yaxınlığındakı psixonevroloji internatda güclü yanğın baş verib. TASS informasiya agentliyi xəbər verir ki, son məlumata görə, yanğın nəticəsində 21 nəfər həlak olub, 22 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanların bir çoxu ağır vəziyyətdədir. Daha iki nəfərin axtarışı isə davam etdirilir.

Hadisə baş verərkən binada 74 nəfər, o cümlədən 4 tibb işçisi olub. Yanğının söndürülməsi üç saata yaxın çəkib. İnternatın korpusu tamamilə yanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə