Bəşər Əsəd qüvvələri türkmənlərin yaşadığı əraziyə hücum edib. SİA-nın məlumatına görə, Əsəd rejimi qüvvələri Suriyanın Lazkiye çölü ərazisində türkmənlərin yaşadığı Bayırbucaq bölgəsinə hücum edib.
Səhər saatlarından etibarən başlayan hərbi əməliyyatların əsas mərkəzinin Qırxaltı təpəsindədir. Hərbi qüvvələr Qızıldağın cənubundan Göydağ kəndinə irəliləyir.
Məlumata görə, hərbi əməliyyatlarda Rusiya qırıcıları da iştirak edir.
Bir çox kəndin bombalandığı Türkməndağında ölü və yaralıların olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB