Türkiyədə qəza 11 ölü, 4 yaralı

Türkiyədə qəza 11 ölü, 4 yaralı

Türkiyənin Van şəhərində nəqliyyat qəzası baş verib. SİA-nın "Anadolu Agentliyi"nə istinadən verdiyi məlumata görə, qəza yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində 11 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

İlkin məlumata görə, avtobusda imtahan verməyə hazırlaşan müəllim və tələbələrin olduğu müəyyən edilib. Hadisənin baş verdiyi ərazidə araşdırma aparılır.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə