Dünyanın ən müasir hərbi gəmisi sıradan çıxdı

Dünyanın ən müasir hərbi gəmisi sıradan çıxdı

ABŞ hərbi donanmasına məxsus dünyanın ən müasir hərbi gəmisi "Milwaukee" sıradan çıxıb. SİA "Navy Times" hərbi nəşrinə istinadən xəbər verir ki, gəmi hazırda kömək vasitəsilə hərbi dəniz donanmasının Virciniyadakı məntəqəsinə doğru aparılır.

İnsident "Milwaukee"in Kanadanın Qalifaks limanından Kaliforniyanın San-Dieqo limanına səfər etdiyi vaxt baş verib. Nəşrin yazdığına görə, gəminin sıradan çıxmasına ilkin səbəbi kiçik metal qırıntılarının filtr-yağ bölməsinə düşməsidir. Gəminin Qalifaks limanından çıxdığı andan başlayaraq, nasaz olduğu müəyyən edilib. Belə ki, kompüter sistemi bu barədə həyəcan siqnalı verib. Mütəxəssislər qəzanın aradan qaldırılması üçün filtr-yağ sistemini təmizləyiblər və "Milwaukee! öz yoluna davam edib.

Lakin az keçməmiş, filtr bölməsində yenidən problemlər baş qaldırıb. Bu dəfə problem filtrdəki təzyiqin yaranması ilə davam edib. Gəminin heyəti riskə getməyərək, onu dənizin ortasında saxlamaq qərarına gəliblər.

Artıq bu xəbər amerikalı qanunvericilərə çatıb və ABŞ Konqresinin hərbi məsələlər üzrə senat komitəsinin sədri, respublikaçı Con Makkeyn insidentin yaşanmasından narahat olduğunu bəyan edib.

"Gəmi 20 gün öncə suya buraxılıb və bu məsələ bizi narahat etməyə bilməz. Düşünürəm ki, ABŞ hərbi dəniz qüvvələri ciddi araşdırmalar apararaq, qəzanın baş vermə səbəblərini üzə çıxaracaqlar"-deyə Makkeyn bildirib.

Xatırladaq ki, "Milwaukee" dünyanın ən müasir həbri gəmisi kimi noyabrın 21-də suya buraxılıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə