Səudiyyə Ərəbistanında keçirilən bələdiyyə seçkilərdə qadınlar da iştirak edir. SİA "BBC"yə istinadən xəbər verir ki, qadınlar seçkilərdə həm namizəd, həm də seçici kimi iştirak edirlər. Ümumilikdə seçkilərdə 987 qadın, 6 min isə kişi namizəd müəyyən olunub.
Seçkilər ərəfəsindəki təbliğat-təşviqat dövründə namizəd qadınlar kişilərin gözlərinə görünməmək üçün xüsusi quraşdırılmış səddlər arxasından öz seçicilərinə platformaları barədə məlumatlar veriblər. Bu da olmadıqda, onlar özlərinin kişi vəkillərindən istifadə edərək, təbliğat kampaniyalarını aparıblar.
Səsvermədə iştirak üçün isə, 130 min səudiyyəli qadın qeydiyyatdan keçib. Kişi seçicilər isə 1,35 milyonu təşkil edir. Qadınlar və kişilər seçki məntəqələrinə ayrı-ayrılıqda gedirlər.
Qeyd edək ki, təməli 2005-ci ildən qoyulan bələdiyyə seçkiləri artıq üçüncü dəfə reallaşdırılır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB