İki ispan terror qurbanı oldu FOTO

İki ispan terror qurbanı oldu FOTO

İspaniyanın Əfqanıstandakı səfirliyi qarşısında törədilən partlayış nəticəsində 2-si ispan, 5-i isə əfqan olmaqla yeddi nəfər həyatını itirib, 9 nəfər insan isə yaralanıb. SİA-nın Əfqanıstan mətbuatına istinadən verdiyi görə, hadisə zamanı terrorçularla atışmaya girən Kabulun polis rəisi Əbdül Rəhman Rəhimi deyir ki, terrorçuların məhv edilməsi prosesi 4 saat davam edib.

Qeyd edək ki, ötən gün axşam saat 18:00 radələrində paytaxt Kabulun Şirpur rayonu ərazisində terrorçular içi partlayıcı maddələrlə doldurulmuş Toyota Corolla avtomobilini İspaniya səfriliyinin qarşısında partlatmağa nail olublar. Partlayış baş verən andan etibarən Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə terrorçular arasında güclü atışma müşahidə edilib. Polis rəisi onu da qeyd edir ki, terrorçular dörd nəfərdən ibarət olublar.

Bu ərəfədə İspaniyanın baş naziri Mariano Raxoy deyib ki, terrorçularla silahlı qarşıdurmada onun ölkəsinin səfirliyini qoruyan ispan polisi həlak olub. Raxoy onu da bildirib ki, terrorçuların əsas hədəfi səfirliyin yanında yerləşən və içində xarici vətəndaşlar olan otel olub.

Artıq terror hadisəsinin törədilməsini "Taliban" terrorçu hərəkatı öz üzərinə götürdüyünü bəyan edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə