"Çox sərt cavab verin" Putindən ƏMR

"Çox sərt cavab verin" Putindən ƏMR

Rusiya prezidenti Vladimir Putin ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşüb. SİA-nın məlumatına görə, Putin görüş zamanı Rusiya ordusunun gücləndirilməsi xüsusilə də nüvə obyektlərinin inkişaf etdirilməsi üçün səy göstərilməsinin lazım olduğunu vurğulayıb.

Suriyada aparılan hərbi əməliyyatlarla bağlı danışan Putin Rusiyanı təhdid edən hər kəsə sərt cavab veriləcəyini bildirib: "Əsgərlərimizə qarşı yenidən təxribatı addımlar atmaq istəyən hər kəsi xəbərdar edirəm. Suriyadakı əsgərlərimizin təhlükəsizliyi üçün bütün əlavə tədbirlər görülüb. Həmçinin ordunun havadan müdafiə sistemləri də gücləndirilib".

Əsgərlərə müraciət edən Putin onlara hər bir hərbi təxribata qarşı sərt reaksiya vermələrini əmr edib: "Çox sərt cavab verməyinizi əmr edirəm. Rusiya əsgərlərini və obyektlərimizi təhdid edən hər bir hədəfi məhv edin. Eyni zamanda terrorçularla döyüşən hər bir dövlətlə əməkdaşlıq edin".

Bütün xəbərlər Facebook səhifəmizdə