Türkiyədən Rusiyaya cavab "Səbrimizin bir həddi var"

Türkiyədən Rusiyaya cavab

"NTV" televiziya kanalına müsahibə verən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya-Türkiyə arasındakı gərgin münasibətlərdən danışıb. SİA-nın məlumatına görə, Çavuşoğlu iki dövlət arasındakı hazırkı gərgin münasibətləri şərh edib.

O bildirib ki, əgər biz Rusiyaya cavab vermiriksə, bu o demək deyil ki, biz qorxuruq: "Rusiya təyyarəsi vurulduqdan sonra hər bir fürsəti dəyərləndirmək istəyir. Lakin bizim də səbrimizin bir həddi var".

Həmçinin nazir Türkiyə və İraq arasında Mosula yerləşdirilən Türkiyə Silahlı Qüvvələrindən olan əsgərlərin yerləşdirilməsi ilə bağlı yaranan narazılığa da açıqlıq gətirərək Türkiyənin rəsmi Bağdadın narahatlığını aradan qaldırmaq üçün işlər gördüyünü deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə