Türkiyənin Baş naziri Əhməd Davudoğlu ABŞ prezidentinin köməkçisi Joe Biden ilə görüşüb. SİA-nın məlumatına görə, baş nazir Biden ilə Türkiyə və İraq hökuməti arasında Mosul şəhərinin Başika bölgəsinə yerləşdirilmiş türk əsgərləri ilə bağlı yaranan narazılıqdan danışıb. Türkiyənin Baş Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Davudoğlu Joe Biden ilə İraqın tələbi əsasında görüşüb.
Davudoğlu Bidenlə görüş zamanı ona İŞİD-ə qarşı aparılan mübarizə ilə bağlı Başikada qurulan hərbi təlim mərkəzində 2015-ci ildən bu günə qədər görülən işlərdən, təlim fəaliyyətindən və düşərgənin təhlükəsizliyi ilə əlaqədar atılan addımlardan danışıb.
Qeyd edək ki, Türkiyə Hərbi Hissələrindən olan bir qrup əsgər bir müddət əvvəl İŞİD-ə qarşı mübarizə ilə bağlı Peşmərgələrə təlim vermək üçün Mosulun Başika ərazisində yaradılmış düşərgədə yollanmışdı. Lakin Türkiyənin bu addımı İraq tərəfindən yaxşı qarşılanmamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB