ABŞ terrorçuları yaradır, sonra məhv edir

ABŞ terrorçuları yaradır, sonra məhv edir

Fransanın "Boulevard Voltaire" qəzetinin yazıçısı Martin Peletiyer ABŞ prezidenti Barak Obamanın rəsmi Vaşinqtonun illərdən bəri davam etdirdiyi "əvvəlcə terrorçunu yarat, sonra məhv et" siyasətini davam etdirdiyini bildirib. SİA-nın məlumatına görə, Peletiyer məqaləsində prezident Obamanın hər şeyə qadir bir dövlət başçısı olduğunu bildirib: "Obama əvvəlcə Demokratik Partiyanın liderliyinə namizədliyini verdi, daha sonra onu qazandı. 2008-ci ildə seçkilərində isə "bəli, biz bacara bilərik" şüarı ilə prezidentliyə namizəd oldu. Bəli, o hər şey edə bilər".

Barak Obamanın İŞİD-ə qarşı apardığı mübarizəyə diqqət çəkən yazıçı əslində onun İraqda Ərəb Sosial Dirçəliş Partiyasının idarəni ələ keçirməsinə mane olmaq üçün İŞİD-in yaranmasına yol açdığını qeyd edib: "Obama yaratdığı sonra da böyütdüyü İŞİD-i indi məhv etməyə söz verir. Bundan əvvəlki ABŞ prezidentləri də Əl Qaidə ilə bağlı eyni sözləri demişdi. Buna görə də, bəli, bunu Obama da edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə