İraqın paytaxtı Bağdadda Türkiyədən gələn mallara qadağa qoyulub. SİA-nın məlumatına görə, Bağdad El Məclisi Türkiyədən gələn malların şəhərə idxal edilməsinə qadağa qoyub.
Bununla bağlı məclisdən açıqlama verilib. Belə ki, Türkiyə İraqın ölkə suverenliyini pozduğuna görə ölkənin bir çox yerində türk mallarına qadağa qoyulacaq.
Bağdad El Məclisi tərəfindən irəli sürülən qadağanın bazara tətbiq edilməyəcəyi ehtimal olunur.
Türkiyə mallarının İraq idxalının yarısını təşkil etdiyini bildirən səlahiyyətlilər iraqlı istehlakçılara qadağa qoyulmayacağını bildiriblər.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrindən olan bir qrup əsgər Peşmərgələrə təlim vermək üçün Mosulun Başika ərazisindəki əsgər sayını artırmışdı. İraq isə buna etiraz edərək əsgərlərin ərazidən çıxmasını tələb etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB