Baş nazir İrana mesaj verib

Türkiyə Baş naziri Əhməd Davudoğlu Rusiya və İrana mesaj verib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Əhməd Davudoğlu bu gün Türkiyə Böyük Millət Məclisinin iclasında rəsmi Moskvanın Türkiyəyə qarşı sanksiyalarına toxunaraq deyib ki, "lazım gələrsə, biz də öz anoloji addımımızı atacayıq".

İrandan Türkiyə qarşı yönəlik açıqlamalara da münasibət bildirən Davudoğlu bunları deyib: "Biz İranı ən çətin günlərində tək buraxmadıq. Amma onlar bizi ən haqlı olduğumuz bir mövzuda yalnız buraxsalar, İran- Türkiyə dostluğuna zərər vermiş olurlar. Bütün dünya İranın yanında olarkən biz BMT-də Braziliya ilə birlikdə embarqolara qarşı əl qaldırdıq".

Bütün xəbərlər Facebook səhifəmizdə