Əhməd Davudoğlu Rusiyaya ismarıc göndərdi

Əhməd Davudoğlu Rusiyaya ismarıc göndərdi

Türkiyənin AK Partiyasının sədri, Baş nazir Əhməd Davudoğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında çıxış edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, o nitqində Rusiyaya yönəlik fikirlər səsləndirib.

Ə.Davudoğlu iclasda bildirib ki, Rusiya başlıca olaraq diqqətindən qaçırmamalıdır ki, bura Türkiyə-Suriya sərhədidir: "Sərhəddən kənarda olanlar bizim qardaşlarımızdır və onların hüququnu, sərhədlərimizi də qorumaq bizim əsas vəzifəmizdir. Bizim aldığımız hər bir qabaqlayıcı tədbir ölkəmizi qorumaq və Suriyadakı vətəndaşlara dəstək olmaq üçündür".

Baş nazir deyib ki, ölkəsi Rusiya ilə görüşə, hər cür fikir mübadiləsi aparmağa hazırdır: "Amma bizə nəyisə diqtə etdirilməsinə əsla icazə vermərik".

Bütün xəbərlər Facebook səhifəmizdə