Yoxlamalar başlayır Korrupsiya faktı var

Yoxlamalar başlayır Korrupsiya faktı var

Roma papası Fransisk Vatikanın maliyyə hesabatlarının yoxlanılması üçün kilsə tarixində ilk dəfə olaraq, orada xarici auditin fəaliyyətinə icazə verib. SİA xəbər verir ki, bu barədə "The Wall Street Journal" Vatikan mənbələrindən əldə etdiyi xəbəri dəqiqləşdirdikdən sonra yazır. Bunun üçün artıq audit şirkəti də müəyyənləşdirilib. Papanın göstərişindən sonra "PricewaterhouseCoopers" ("PwC"-red.) şirkəti dərhal işə başlayıb.

Nəşr yazır ki, Vatikan artıq uzun illərdir ki, maliyyə və bank məsələlərindəki qeyri-şəffaflıqdan narazıdır. Bu baxımdan, katolik kilsəsi Vatikanda mövcud olan korrupsiyanın qarşısını almaqdan ötrü bu kimi islahatçı addıma getməyə məcbur olub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə