İraqın baş naziri Heydər əl-Abadi rəsmi Ankaradan ölkəsinin ərazisinə daxil olmuş ordu qüvvələrinin 48 saat ərzində çıxarılmasını istəyib. SİA xəbər verir ki, bu barədə "interfax.ru" saytı yazır. Məlumata görə, iraqlı rəsmi tələbləri yerinə yetirilməzsə, ən sərt addımlar atacağını, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasına müraciət edəcəyini istisna etməyib.
"Əgər bu qüvvələr 48 saat ərzində İraqdan çıxmasa, qarşı tərəfə müvafiq addımlar atılacaq" -deyə, əl-Abadi bildirib.
Qeyd edək ki, Türkiyəyə məxsus silahlı qüvvələr İraqın Mosul şəhərinə aid olan ərazilərə daxil olaraq, bunu terrorla mübarizə addımı kimi bəyan edib. Məqsəd İraqdakı kürd peşmərgələrin "İslam Dövləti" terror təşkilatına qarşı mübarizələrində onlara yardım göstərməkdir. Lakin İraq tərəfi bu amili qəbul etməyərək, qonşu ölkənin silahlı qüvvələrinin onlarla heç bir məsləhətləşmə aparmadıqlarını bildiriblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB