Eks-prezident vətəndaşlıqdan çıxarıldı

Eks-prezident vətəndaşlıqdan çıxarıldı

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığını qəbul etdiyinə görə rəsmi şəkildə Gürcüstan vətəndaşlığından məhrum edilib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, eks-prezidentlə bağlı edilən açıqlamada Mixail Saakavilinin ölkə vətəndaşlığından çıxarılması haqqında tərtib olunan qərarı artıq imzalayıb.

Qeyd edək ki, Mixail Saakaşvili 2003-2013-cü illərdə Gürcüstan prezidentliyi vəzifəsini icra edib. Eks-prezidentin vətəndaşlıqdan çıxarılmasını Gürcüstanın Ədliyyə naziri Tea Tsulukiani 3 dekabrda Gürcüstan prezidenti Georgi Margelaşviliyə təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə