Rusiya prezidenti Vladimir Putin ölkənin Federal Məclis üzvlərinə müraciət edərək terrora qarşı apardıqları mübarizədən danışıb və Türkiyə tərəfindən vurulan təyyarə ilə bağlı açıqlama verərək Türkiyənin peşman olacağını bildirib. SİA-nın Rusiyanın "RT" kanalına istinadən verdiyi məlumata görə, Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların artacağını vurğulayan Putin yaxşı və çalışqan adlandırdığı Türkiyə xalqını ölkə rəhbərliyindən ayrı tutduğunu qeyd edib.
Rusiya prezidenti bildirib ki, bütün problemləri həmçinin əvvəlcədən görmədiklərini başqa yollarla həll edə bilərdilər: "Türkiyə təyyarəmizi niyə vurdu, onu Allah bilir. Hər halda Allah Türkiyə rəhbərliyini ağıldan məhrum qoyaraq cəzalandırmağa qərar verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB