"Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı mövqeyimiz açıq və konkretdir. Azərbaycanın bütün torpaqları azad olunana qədər Türkiyə bu məsələdə Azərbaycanın yanında olacaq". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfərə yola düşərkən jurnalistlərə açıqlamasında deyib.
Rusiya rəhbərliyinin Türkiyəni İŞİD-lə neft alverində ittiham etməsi məsələsinə də aydınlıq gətirən Baş nazir bunun sovet təbliğatını xatırlatdığını söyləyib: "Türkiyə belə bir şey etməz, etik olaraq da, real olaraq da mümkün deyil. Bu yalanlara kimsə etibar etməz. Türkiyə-Suriya sərhədi bütün dünyanın izlədiyi bir zonadır, burada olan hər hansı hərəkəti bütün dünya ölkələri görür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB